Kürdəmirdə min bir dərdin dərmanı olan su çıxır – VİDEO

Daz.Az представляет новость на азербайджанском языке.

Kürdəmir rayonunun Mollakənd kəndi ərazisindən tərkibi mineral maddələrlə zəngin olan su çıxır. Milli.Az El TV-yə istinadən xəbər verir ki, yerin dərinliklərindən isti halda çıxan bu su bir sıra xəstəliklərin müalicəsində əvəzedilməz rol oynayır. Bunu 47 yaşlı Sabirabad rayon sakini Şəmil Həsənov da təsdiq edir: "Bu, çox müalicəvi sudur. Əsas qaşınmaya qarşı çox xeyri var"

Şəmil Həsənov 10 gün ərzində bura gələcəyini söyləyir. Deyir ki, həkimə edilən müraciətlərin o qədər də faydası olmur. Amma bu, su ona çox kömək edir. Su o qədər isti olur ki, ərazidən bir neçə metr kənarda belə, 10 dəqiqədən artıq suda durmaq mümkün deyil. Mollakənd kəndinin sakinləri bu yerə "Yeddi minlik" adını veriblər. Belə ki, 1969-cu ildə Carlı Kəşfiyyat Qazma İdarəsinin işçiləri bu ərazilərə neft çıxarmaq üçün gəlirlər. Onlar bir neçə yerdə neft quyuları qazırlar. Bu quyunun dərinliyinin isə 7 min metr olması planlaşdırılır. Lakin quyu bir qədər qazıldıqdan sonra oradan termal su fontan vurur. Suyun yer səthində temperaturu 72-97°C-dir.

Mollakənd kənd icra nümayəndəsinin müavini Elmdar Babayev deyir ki, bu su isti havalarda daha cox effekt verir. Müalicəvi suyun çıxdığı Kürdəmirin Mollakənd kəndində sanatoriya da tikilib. Müxtəlif yerlərdən gələn insanlar həmin sanatoriyaya gələrək müalicə alır, vanna qəbul edirlər.


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

фото