Çörəkdən çıxan tarakanla bağlı araşdırma başlandı

Day.Az представляет новость на азербайджанском языке.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörəyin içərisindən tarakan çıxması ilə bağlı araşdırmalara başlayıb

Milli.Az xəbər verir ki, komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a bildirib ki, şikayətçi bu gün içərisindən həşərat çıxan çörəyi Komitəyə gətirəcək. Texniki tənzimləmə və standartlaşma üzrə Dövlət Nəzarəti Xidməti məhsulu analizdən keçirəcək.

"Komitənin müfəttişləri həmin mağazaya ezam olunublar. Həmin təndir çörəyinin hansı sexdə bişirildiyini çox güman ki, müəyyənləşdirəcəyik", - deyə Fazil Talıblı bildirib.

Qeyd edək ki, Bakıxanov qəsəbə sakini Xanım Həsənovanın ötən gün paytaxt mağazalarından birindən aldığı çörəyin içərisindən tarakan çıxıb. X.Həsənova içindən həşərat çıxmış ərzaqla dükana gəlib. Orada həmin çörəyin, həqiqətən də, bu mağazadan alındığını təsdiqləsələr də, çörəyin hansı sexdən dükana gəldiyini deməkdən imtina ediblər.

Xatırladaq ki, bir müddət bundan əvvəl Nazirlər Kabineti tərəfindən çörəyin satışına dair yeni tələblər müəyyənləşib. Bu, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları"nda öz əksini tapıb.

Milli.Az