Qobustan rayonda 103 yaşlı məktəb

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanın müxtəlif bölgələrində zəngin təcrübəyə və qədim tarixə malik bir neçə məktəb var. Onlardan biri də 103 yaşlı Qobustan rayon 3 saylı tam orta məktəbidir.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Respublikanın ilk 3 məktəblərindən biri olan Qobustan məktəbi 1912-ci ildə inşa olnub. Dövrünün ən öndə gedən təhsil ocaqlarından biri olan məktəb neçə-neçə məşhur alim yetişdirməklə tarixə iz qoyub. Vaxtilə bu məktəbə təhsil almaq üçün ətraf rayonlardan xeyli sayda şagird gəlib.

Məktəb yüksək sivilizasiyalı cəmiyyətin formalaşması üçün önəmli rol oynayır. İdeal gənc nəslin yetişməsində və məzunların qazandığı uğurlarda fədakar müəllimlərin payı olduqca danılmazdır. Məktəbin yetişdirdiyi məzunlar hər zaman diqqət mərkəzində olub və respublika səviyyəsində məktəbin tanınmasına səbəb olublar. Məktəb 1 akademik, 45 elmlər namizədi və elmlər doktoru, o cümlədən 250-dən çox riyaziyyatçı alim yetişdirib.

Ömürünün böyük hissəsini təhsilə həsr edən qocaman müəllim Nizam Qədirov zaman tapdıqca dərs dediyi məktəbə gəlir. Yetişdirdiyi şagirdlər isə onu tək qoymur və tez-tez görüşə gəlirlər. Ümid edirik ki, qədim təhsil ocağı bundan sonra da savadlı nəsilləri yetişdirməyə davam edəcək.

Milli.Az