Azərbaycandan Pakistana gedən qadın biznesmen oteldə ölü tapıldı

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycandan Pakistana gedən qadın biznesmen bu ölkədəki otellərdən birində ölü tapılıb.

Virtualaz.org saytı Pakistan mənbələrinə istinadən xəbər verir ki, qadının cəsədi Kəraçidəki Saddar otelində aşkar edilib. Mustafayeva soyadlı qadın iyulun 17-də biznes məqsədi ilə Azərbaycandan Kəraçiyə gedib və onun iyulun 23-də geriyə qayıtmaq üçün bileti olub.

Pakistan polisindəki mənbə bildirib ki, qadının qaldığı oteldə ölü tapıldığı barədə məlumatı polisə otel meneceri verib. Otaq xidməti Mustafayevanın qaldığı otağa daxil olanda qadının cəsədi ilə qarşılaşıb. Polis bildirib ki, qadının cəsədi mülki xəstəxanaya aparılıb və orada həkimlər ölümün ürək tutmasından baş verdiyi qənaətinə gəliblər.