Şamaxı sakini 4 yanğın hadsisəsi törətdi Day.Az представляет новость на азербайджанском языке.

Bu gün səhər saat 4 radələrində Şamaxıda yanğın hadisəsi baş verib. Bu, rayonun Keşmədin kəndində 1 ay ərzində baş verən sayca 4 cü yanğın hadisəsidir. Öncə tövlə, sonra klub, daha sonra isə kəndlinin ot tayası yanıb. Bütün bu yanğınların baş verməsində isə bir səbəb var.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yanğın kənd sakini Qiyas Əmrahova məxsus tövlədə baş verib. Yanğın bir anda hər tərəfi öz cənginə alıb. 8 maşın ot tayası yanaraq külə dönüb. Alov 25 arı ailəsinin məhvinə də səbəb olub. Alov ot tayasından sonra tövləyə keçib. Bu zaman tövlədə olan heyvanlar çətinliklə də olsa, çıxarılıb. FHN-nin Şamaxı rayon Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Səhərə qədər yanğınsöndürənlər alovun qarşısını almaq üçün iş aparıblar. Nəhayət, 4 saatdan sonra yanğını söndürmək mümkün olub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun digər tikili və evə keçməsinin qarşısı alınıb. Yanğını törədən şəxs isə özünü gizlədə bilməyib. Yanğını törədən şəxs səhər saatlarında Qiyasın evinə yaxınlaşanda ev sahibi tərəfindən təsbit edilib. Ot tayasını yandırıb ev sahibinə xəsarət yetirərək aradan çıxıb.
 

Çox keçmədən polis Rübayini yaxalayıb və hazırda Şamaxı rayon Polis Şöbəsində saxlanılır. Polis Rübayinin hansı səbəbdən kənddə ard-arda 4 yanğın hadisəsini törətmə səbəbləri araşdırır.