Bakıda yol macərası: zərif sürücü yalvarır, polis nazlanır - FOTO Day.Az представляет новость на азербайджанском языке. 

Yol polisinin hərəkəti ilə bağlı Milli.Az-a növbəti şikayət məktubu və fotolar daxil olub. Şəkildə gördüyünüz xanımı dünən yol polisi Xətai rayonu, Yusif Səfərov kücəsində təhlükəsizlik kəməri taxmadığına görə saxlayıb. Polis "Passat" sürücüsü olan xanımı saxlayıb maşına yaxınlaşmalı, özünü təqdim etməli olduğu halda, bunun tam əksi baş verir. Nazlı-qəmzəli xanım maşınından düşərək maşınında əyləşən polisə yaxınlaşır, cərimə yazmamaq üçün onları dilə tutur. Polis öz peşə etikasını pozur, sürücüyə isə qayda pozuntusu məlumdur.

Məsələ ilə bağlı nə Bakı şəhər Yol Polis İdarəsinin, nə də Baş Dövlət Yol Polisi İdarəsinin mövqeyini öyrənmək cəhdlərimiz alındı.