Şəkidə yaşayış evi yandı

Day.Az представляет новость на азербайджанском языке.

Dünən axşam saatlarında Şəkinin Cəfərabad kəndində yanğın hadisəsi baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, ümumi sahəsi 150 kvadratmetr olan yaşayış evinin 4 otaq və bir şüşəbəndi içindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə dərhal Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində 85 kvadratmetrlik yarımtikili oddan mühafizə olunub. Baş vermiş yanğının səbəbləri araşdırılır.