Muğam ifaçısı Kürdə boğuldu Day.Az представляет новость на азербайджанском языке.

Bir çox beynəlxalq muğam yarışmalarının iştirakçısı olmuş Əlvan Şirvanlı dünyasını dəyişib.

Milli.Az Аnspress-ə istinadən bildirir ki, Şirvanda müğənni kimi tanınan 32 yaşlı Ə.Şirvanlı Kür çayında batıb.

Onun meyiti iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq doğmalarına təhvil verilib.

Allah rəhmət eləsin!