Ağstafada məktəb yandı

Day.Az представляет новость на азербайджанском языке.

Ötən gün saat 21:00 radələrində Ağstafa rayonunun Yenigün kəndində yanğın hadisəsi baş verib. Qəfildən yanmağa başlayan köhnə orta məktəb binasını qısa müddətdə alova bürünüb.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-nin Ağstafa Yanğından Mühafizə Hissəsinin iki alovsöndürən maşını cəlb olunub. Sakinlərin sözlərinə görə, bu köhnə məktəb binası təxminən 10 ilə yaxındır ki, istifadə olunmur. Baş verən yanğın zamanı xəsarət alan olmasa da, köhnə binaya ciddi ziyan dəyib.
 

Yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 500 kv metr olan köhnə məktəb binasının 200 kv metr hissəsi tamamilə yanıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.