Halal mallar dükanlarda niyə harama dönür? Day.Az представляет новость на азербайджанском языке.

"Halal" kəsimə nəzarət etmək məqsədi ilə komissiya yaradıldı. Komissiya hətta ilk yoxlamalarını keçirib də. Bu barədə mətbuata Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsi nəzdində "Halal" kəsimə nəzarət etmək məqsədi ilə yaradılan komissiyanın fəaliyyəti barəsində danışarkən deyib.

Milli.Az islam.az-a istinadən bildirir ki, dini camedə xoş notlarla qarşılanan bu hadisə mütəxəssislərimizin rəyincə, daha da inkişaf etdirilməli, bu, kolbasa-sosiska məhsullarından tutmuş, şirniyyata qədər yeyinti sənayesinin digər sahələrini də əhatə etməlidir. Lakin narahatdoğurucu bir məqam da var: Halallaşan məhsullar dükanlarda yerləşdirilərkən dini qaydalara riayət olunurmu?! Ümumiyyətlə, halal məhsullar, belə demək olarsa, piştaxtalarda haramlaşır.

Satıcılar eyni bıçaqdan həm donuz tərkibli qidalarda, həm də halal məhsullarda istifadə edirlər. Bundan başqa, piştaxtalarda şəriətlə haram hesab edilən malların hallal mallarla bir yerdə düzülməsi də inanclı insanların dini hüquqlarının tapdanması deməkdir. Bunun üçün də dükan-market rəhbərləri müvafiq orqanlar tərəfindən təlimatlandırılmalı, xüsusi komissiya mexanizmi yaradılmalıdır.

Düzdür, bu istiqamətdə uyğun qurum yoxdur. Amma QMİ, DQİDK tərəfindən xüsusi komissiya, həmçinin dini icmalar və ya qida sənayesi ilə müvafiq QHT-lər bu işlərlə məşğul ola bilər. Problem isə hələ ki qalmaqdadır.