Bakı şəhərində ötən gün 3 piyada yolda can verib

Day.Az представляет новость на азербайджанском языке.

Bakı şəhərində ötən gün 3 piyada yolda can verib. Milli.Az-ın məlumatına görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində Leyla Şükürova yolu keçərkən İlham Nuriyevin idarə etdiyi "VAZ-2107" markalı maşının zərbəsinə tuş gəlib.

Xəzər rayonunda isə Rasim Bəxşi idarə etdiyi "Volkswagen Tuareg" markalı maşınla 23 yaşlı Vuqar Budaqovu vurub.

Nizami rayonu, Heydər Əliyev prospektində də şəxsiyyəti məlum olmayan qadını maşın vurub. Təxminən 24-25 yaşlarında olan qadın yolu keçərkən 34 yaşlı Rəfael Rəcəbovun idarə etdiyi "KamAZ"la üz-üzə gəlib. Piyada yük maşınının altında qalıb.

Hər üç şəxs yol qəzasından sağ qurtula bilməyib.