Bakıda tikilən hündürmərtəbəli binada yanğın oldu Day.Az представляет новость на азербайджанском языке. 

Bakının Nərimanov rayonu ərazisində yeni tikilən hündürmərtəbəli binanın ərazisində yanğın baş verib. Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən anspress-ə verilən məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsi 31/5 ünvanında tikilməkdə olan binanın ərazisində qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Müəyyən edilib ki, yanğın binanın məişət tullantıları yığılan ərazisində yaranıb. Yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına ehtiyatsızlıq səbəb olub.

Faktla bağlı araşdırma aparılır.