Ötən gün 3 nəfər dənizdə boğulub

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 24-də Xəzər rayonunun Mərdəkan çimərliyində Bakı şəhər sakini Kənan Kişiyev dənizdə çimərkən suda boğulub.

Onun meyiti sudan çıxarılıb.

Bundan başqa, iyulun 24-də Xaçmaz rayonu Nabran kəndinin ərazisində Sumqayıt şəhər sakinləri Kərim ŞirinovBəhram Həmzəzadə dənizdə çimərkən suda boğulublar.

K.Şirinovun və B.Həmzəzadənin meyitləri sudan çıxarılıb.