Azərbaycanlı milyarderi sevindirdilər

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Lans" klubuna Fransanın Milli Olimpiya və İdman Komitəsindən (CNOSF) müsbət cavab verilib. Milli.Az sportnet.az-a istinadən xəbər verir ki, CNOSF çıxardığı qərarda "sarı-qırmızılar"ın Fransa yüksək liqasına buraxılmasını məsləhət görüb.

İndi Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi gələn həftənin bazar ertəsi və ya çərşənbə axşamı bir araya gələrək, "Lans"ın "Liqa 1"in yeni mövsümündə iştirakını təsdiqləməlidir.

Qeyd edək ki, "Lans" ötən mövsümün yekunlarına əsasən, Fransanın yüksək liqasına vəsiqə qazanıb. Lakin İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG) növbəti mövsüm "Liqa 1"də iştirak üçün lazımi bank təminatının verilmədiyini əsas gətirərək, klubu elitaya buraxmayıb. "Sarı-qırmızılar" DNCG-yə apellyasiya versələr də, yenə mənfi qərar çıxarılıb. Bundan sonra "Lans" daha yuxarı instansiya sayılan CNOSF-a müraciət etməli olub.