Qaxda minik maşınları toqquşdu, yaralı var Day.Az представляет новость на азербайджанском языке.

Qaxda axşam saatlarında yol qəzası baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, qəza nəticəsində iki avtomobil toqquşub. Hadisə axşam saatlarında, Qax şəhəri Heydər Əliyev prospektində baş verib. Prospektlə şəhər istiqamətində hərəkətdə olan, Qax şəhər sakini Murtuz Yaqubov idarə etdiyi "Mercedes" markalı avtomobillə eyni istiqamətdə hərəkət edən, Qax rayon Qaxbaş kənd sakini Firuz Kasiaşvilinin idarə etdiyi "Volkswagen" markalı avtomobili arxadan vurub. Nəticədə hər iki avtomobilə zərər dəyib, Murtuz Yaqubovun həyat yoldaşı, 29 yaşlı Sevinc Yaqubova yüngül bədən xəsarətləri alıb. Avtomobildə olan onların 2 azyaşlı övladları da qəzadan xəsarətsiz yaxa qurtara biliblər. Xəstəxanaya çatdırılan Sevinc Yaqubovanın xəsarətləri yüngül olduğundan ona ilkin yarım göstərilib və ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Qax RPŞ-də araşdırmalar aparılır.