Qonşusunun üzüm bağının oduna düşdü Day.Az представляет новость на азербайджанском языке.

Qaxda yanğın olub, üzüm bağı və ot yığılan altıaçıq yanıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, yanğın dünən axşam saatlarında Qax şəhəri Azərbaycan küçəsində baş verib. Rayon sakini İlqar Məmmədova məxsus yarım hektar ərazidə üzüm bağı tamamilə yanıb.

Yanğının getdikcə artması nəticəsində onun bağ qonşusu Zakir İsakova məxsus, içərisində ot olan 150 kvadratmetrlik altıaçığın 60 kvadratmetri, altıaçığın içərisindəki 300 kq ot və 1 hektar ərazidə quru ot yanıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 2 saata yaxın davam edən yanğın, yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb və yanğının yaxınlıqda olan bağlara keçməsinin qarşısı alınıb.

Yanğının hansı səbəbdən baş verməsi bəlli deyil. Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.