Bakıda qadın küçədə vəhşicəsinə döyüldü

Day.Az представляет новость на азербайджанском языке.

Ötən gün Bakıda 30 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb.

Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində baş verib.

Küçənin ortasında naməlum şəxs Aytəkin Hacıyevanı döyüb. Qadını vəhşicəsinə döydükdən sonra onun əlində olan pul kisəsini alıb, hadisə yerindən qaçıb.

Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri başlanılıb. Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, 1983-cü il təvəllüdlü, Kürdəmir rayon sakini Orxan Seyidov tutulub.

Faktla bağlı araşdırma aparılır.