Əməkdar artist: "Ölmək istəmirəm" Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Səlmanovanın vəziyyəti yenidən ağırlaşıb. Bu barədə lent.az-a aktrisanın yaxınları məlumat verib: "Gülnar xanımın vəziyyəti ağırdır. Onu Sabunçu xəstəxanasına yerləşdirmişik. Özünü çox pis hiss edir. Dializ olunmalıdır". Lent.az-ın əməkdaşı daha sonra G.Salmanovanın özü ilə əlaqə saxlayıb. Danışmaqda çətinlik çəkən aktrisa isə vəziyyəti barədə bu sözləri deyib: "Yaxşı deyiləm, oğlum. Mənə kömək edin. Hər gün daha da pis oluram. Mənim bu halımla maraqlanan heç kimsə olmayıb. Çox xahiş edirəm, mənə yardım edin. Ölmək istəmirəm".