Bakıdakı ən bahalı villa harada və neçəyə satıldı? Day.Az представляет новость на азербайджанском языке.

"Bakı şəhəri daxilində əsasən Badamdar, Nərimanov rayonu ərazisində Teymur Əliyev, Həsən Əliyev, Atatürk prospektində şəxsi mülk evləri daha çoxdur. Hazırda Nəsimi rayonu ərazisində Tbilisi prospektinin sağ cinahında, Binəqədi rayonu ərazisində, Rəsulzadə qəsəbəsində daha çox villalar tikilir. Şəhərkənarı ərazilərdə isə Mərdəkan, Buzovna, Zuğulba, Bilgəh, Novxanı qəsəbəsi ərazisində iri həcmli, dəbdəbəli evlər çoxdur".

Milli.Az xəbər verir ki, bunu modern.az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Villaların qiymətinə gəldikcə isə ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında qiymətlər müxtəlifdir. "Ən yüksək qiymət 400 min - 4 milyon manat və ya 2500-4000 AZN/kv.m-dir".

N. İbrahimovun sözlərinə görə, şəxsi mülklərin alqı-satqısı çətin prosesdir. "Villanı satmaq üçün ya gərək onun likvid qiymətə satılmağa razılaşasan. Digər tərəfdən isə villa almaq iqtidarında olanlar sayca çox deyil". Ekspertin sözlərinə görə, ən bahalı villa 4 milyon manata satılıb. Ən ucuz villa isə Badamdar qəsəbəsində 2 il bundan öncə 500 min manata alınıb. "Halbuki onun start qiyməti 1,5 milyon manat idi".