Göyçayda toqquşan maşınlardan biri dükanı dağıtdı, yaralı var - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Göyçay rayonunda iki minik maşını toqquşub, xəsarət alan var. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 203-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

Göyçayın Bığır kənd sakini, 1968-ci il təvəllüdlü Qasımov Rəsul Atakişi oğlu dövlət nömrə nişanı olmadan idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşını qarşı tərəfdə, yolun eyni hərəkət zolağında hərəkət edən İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1979-cu il təvəllüdlü Teymurov Niyaməddin Elgünəş oğluna məxsus 07-BA-710 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik maşınına arxa tərəfdən çırpıb. Avtomobillərə və hadisə yerinə baxış zamanı məlum olub ki, "VAZ 2107" markalı minik avtomobili qarşı tərəfdə gedən "VAZ 2106" markalı maşını qanunsuz olaraq sağ tərəfdən ötüb keçmək istəyib. "VAZ 2107"nin sürücüsü qarşısındakı maşını əzdikdən sonra idarəetrməni itirib və avtomobili yoldan çıxaraq 6 metr dərinliyi olan çökək əraziyə aşırıb və mağazaya çırpıb. Hadisə nəticəsində sürücü Rəsul Qasımov ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Böyütmək üçün şəkillərə klikləyin: