Sərxoş sürücü Gəncədə qəza törətdi Day.Az представляет новость на азербайджанском языке.

29 iyul, saat 21:15 radələrində Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Keçid küçəsində baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2107" markalı avtomobillə toqquşub, daha sonra "Mercedes" yol kənarında dayanan Hamlet Novruzova məxsus "Vito" markalı maşına dəyib.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü yüngül xəsarət alıb, "Mercedes"in sürücüsü isə hadisə yerindən qaçıb. İlkin ehtimala görə, hadisəyə səbəb "Mercedes"in sürücüsünün avtomaşını sərxoş halda sürətli idarə etməsi olub. Faktla bağlı araşdırma aparılır.