Qaxda tövlə yandı Day.Az представляет новость на азербайджанском языке.

Bu günorta saatlarında Qax rayonu Qaxbaş kəndində yanğın hadisəsi qeydə alınıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə zamanı kənd sakini, 43 yaşlı birinci qrup əlil Abdullayev İbadullaha məxsus ümumi sahəsi 54 kvadratmetr olan mal tövləsi içindəki 50 ot bağlama ilə birlikdə yanaraq kül olub.

Yanğının şiddətləndiyini görən qonşular dərhal Qax Yanğından Mühafizə Hissəsinə xəbər veriblər. Hadisə yerinə Qax yanğından mühafizə hissəsinin 2 yanğınsöndürəni və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanan tövləyə bitişik olan qonşunun 56 kvadratmetrlik mal damı və həyətdə yerləşən yaşayış evi yanğından mühafizə olunub. Zərərçəkən İbadullah Abdullayev tövlədə elektrik sisteminin, ümumiyyətlə, olmadığını bildirib. Yanğının dəqiq olaraq hansı səbəblərdən baş verdiyi bilinmir. Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırmalar aparılır.