Xaçmazda avtomobil dərəyə yuvarlandı, 3 yaralı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Apa.az-ın verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayonu Barlı kənd sakini Fariz Şahkərimovun idarə etdiyi "Wolsvagen-Passat" markalı avtomaşın idarəetmənin itməsi səbəbindən yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və maşında olan iki nəfər - 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.