Bakı metrosunda həyəcan Day.Az представляет новость на азербайджанском языке.


Bakı metrosunda qatar tuneldə qaldı.

MediaPost.az-ın verdiyi məlumata görə, dünən saat 23 radələrində metronun "İçərişəhər" stansiyası istiqamətində hərəkət edən qatar "Ulduz" stansiyasına keçiddə 10 dəqiqə tuneldə qalıb.

Bu barədə saytımıza hadisə yerində olan əməkdaşımız xəbər verib.

Onun sözlərinə görə, qatarın 10 dəqiqəyə yaxın tuneldə qalması sərnişinlər arasında təşvişə səbəb olub.