Bakıda sərxoş sürücü maşınları əzib qaçdı - VİDEO - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Xətai rayonunda sərxoş sürücü yol qəzası törədib.

Milli.Az APA TV-yə istinadən bildirir ki, hadisə Afiyəddin Cəlilov küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarında dayanan başqa bir "Mercedes"ə çırpıb. Sürəti yüksək olan "Mercedes" daha sonra işıq dirəyinə dəyib.

Qəza nəticəsində avtomobillərə ziyan dəyib, işıq dirəyi isə əyilib.

Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Məlum olub ki, qəzaya səbəb olan "Mercedes"in sərxoş sürücüsü hadisə yerini tərk edib. Maşın isə DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

Faktı Xətai Rayon Dövlət Yol Polisi İdarəsi araşdırır.

Videonu izləmək üçün şəklə klikləyin:



Videonu izləmək üçün şəklə klikləyin: