Bakıda daha bir avtobus biabırçılığı: sürücünü döydülər Day.Az представляет новость на азербайджанском языке.


Bakıda avtobus sürücüsü döyülüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "Azneft" dairəsində qeydə alınıb.

65 saylı xətt avtobusunun sürücüsü, 1984-cü il təvəllüdlü Famil Cavid oğlu Umarovun naməlum şəxs tərəfindən döyüldüyü bildirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır.