Kənan M.M.-i tutduran müğənninin "kriminal" keçmişi Day.Az представляет новость на азербайджанском языке.

Rejissor Kənan M.M-i (Mahmudov) tutduran müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi Vüqar Muradovla bağlı aznews.az-a ilginc məlumatlar daxil olub.

Məlumatda qeyd edilib ki, bu, V. Muradovun polislə bağlı ilk işi deyil. Bundan əvvəl də onun yolu hüquq-mühafizə orqanlarından keçib.

"Yeni ulduz"un qalibi ötən il xanım sənətçilərdən birini (həmin sənətçinin adını bilsək də yazmağı lazım bilmirik - red.) döydüyünə görə, barəsində polis orqanlarına şikayət daxil olub.

Mənbə bildirib ki, 2013-cü ilin avqustunda "Xəzər" televiziyasında yayımlanan "Bizim gün" verilişində qonaq olan Vüqar Muradov çəkilişdən sonra proqramın digər qadın qonağı ilə mübahisə edib. Nəticədə mübahisə gərginləşib və Muradov xanım həmkarına əl qaldırıb. Məsələ ilə bağlı polisə müraciət edilsə də, bununla bağlı Muradov məsuliyyətə cəlb edilməyib.

Hadisənin baş verməsini fiziki təzyiqə məruz qalan xanım sənətçinin yaxınları da təsdiqləyiblər.

Qeyd edək ki, V. Muradov artıq Kənan M.M. barədə etdiyi şikayəti geri götürüb və rejissor sərbəst buraxılıb.