Gözəlləşmək üçün yay fürsəti Day.Az представляет новость на азербайджанском языке.


Bu şirin bostan bitkisi öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır.

Yemişin kimyəvi tərkibi çox zəngindir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, onun lətində sellüloza, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var.

Sellüloza ilə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən (toksinlər, zəhərlər və s.) təmizləyir.

A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər, fol turşusu, PP vitamini mübadilə prosesləri yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir. Bundan əlavə, fol turşusu qadın dölyaratma sistemi üçün çox vacib olan vitaminlərdən biridir.

Yemiş, xüsusilə də onun şirəsi əla sidikqovucu effektə malikdir ki, bu xüsusiyyət onu böyrəklə, sidik kisəsi və bütövlükdə sidik ifrazatı sistemi üçün çox faydalı edir.

Silisium ilə də zəngin olan yemiş saç və dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar və parlaq, saçları isə daha canlı və qalın edir, saçların tökülməsi ilə mübarizə aparır.