Bakıda oğurluq anbaan görüntüləndi - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Evdəki təmir səbəbindən ev əşyalarını dəhlizə qoyan şəxsin soyuducusu aparılıb.
 

Binanın birinci mərtəbəsinə qoyulan soyuducu və qaz plitəsini görən şəxs əvvəlcə buraya gələrək hazırlıq işləri görür. Soyuducunun üzərindəki nərdivanı bir kənara qoyub gedir və bir neçə dəqiqə sonra yenidən geri qayıdaraq yanındakı şəxslə birlikdə soyuducunu aparır.

ANS TV-nin məlumatına görə, oğurluq hadisəsi Nəsimi rayonu, Bakıxanov 42 küçəsində qeydə alınıb. Adının çəkilməsini istəməyən ailə başçısının bildirdiyinə görə, evlərində təmir işləri getdiyi üçün soyuducu və qaz plitəsini binanın dəhlizinə qoyublar. Səhər ayılanda isə gördüklərindən şoka düşüblər. Soyuducunun necə yoxa çıxmasını öyrənmək elə də çətin olmayıb. Dəhlizdə və binanın önündə quraşdırılan müşahidə kameralarına baxdıqda hadisənin necə baş verdiyini anlayıblar. Müşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən, təxminən 30-35 yaşlarında olan bir şəxs əvvəlcə binaya daxil olur. Hadisə səhər saat 8 radələrində cərəyan edir. Soyuducunu tək aparmağa cəhd edən şəxs bunu edə bilməyəcəyini başa düşür. Ərazini tərk edir və bir neçə dəqiqə sonra yenidən oraya gələrək yanındakı şəxsin köməyilə soyuducunu binadan çıxarır.

Çox maraqlıdır ki, bütün bunları edərkən həmin şəxs başını qaldırıb bir dəfə də olsun ətrafa nəzər yetirmir. Məhz buna görə də soyuducunun aparılmasında başqa versiya da irəli sürülə bilər.

Bəlkə də həmin şəxs dəhlizə qoyulan soyuducunun sadəcə lazımsız olduğunu güman edib və onu aparıb. Lakin bunlar sadəcə ehtimallardır. Onu da deyək ki, ailə baş verənlər bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib.

Videonu izləmək üçün şəklə klikləyin: