Şəhid əsgərin tabutundakı bayraq atasına verildi - YENİLƏNİB - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

---------
16:57

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladovbu gün doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.

Dəfn mərasiminə şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyəti də qatılıb. Vətən uğrunda canından keçən əsgərin ailəsinə dərin hüznlə başsağlığı verilib, səbir dilənib.

Şəhid əsgər ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.

---------
19:49

Videonu izləmək üçün şəklə klikləyin: