Şabranda qəribə heyvan tapıldı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Şabranın Qələgah kəndində qəribə heyvan tapılıb. ANS TV-nin məlumatına görə, qəribə heyvan balalarını ilk olaraq kəndin 15 yaşlı sakini Müslüm Müslümov görüb. Ana heyvan və 1 balası qaçmağa müvəffəq olsalar da, onlar 3 balanı tutub evə gətiriblər.

Müslüm artıq 20 gündən artıqdır ki, adını bilmədiyi vəhşi heyvanın 3 balasını həyətindəki qəfəsdə saxlayıb, onları müəyyən ərzaq və qurbağalarla qidalandırıb. Heyvan balalarını daha saxlaya bilmədiyini deyən Müslüm Müslümov ANS-dən kömək istəyib.

Biz isə heyvanların yanına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi idarəsinin rəisi Hüseyn Adıgözəlovla getdik. Şöbə rəisi də heyvan balalarının hansı cinsə mənsubluğu və adı barədə məlumatsız olduğunu bildirdi.

Təxmini olaraq yenot olduğu hesab edilən 3 bala mütəxəssislərin baxış keçirməsi üçün Xızıdakı Altıağac Vəhşi Təbiətin Bərpası Mərkəzinə göndərilmək üçün qəfəsə qoyuldu.

Videonu izləmək üçün şəklə klikləyin:

 

фото