Bakıda oğrular qadının evini soydular
Day.Az представляет новость на азербайджанском языке.

Bakıda qadının mənzili qarət edilib. Xətai rayonu, Gəncə prospektində yaşayan Sufiyyə Hüseynovanın mənzilindən 19 000 manat pul və qızıl zinət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, oğurluğun kim tərəfindən törədilməsi məlum deyil. Hazırda cinayətkarın tutulması istiqamətində iş aparılır.

Onu da əlavə edək ki, hadisə S.Hüseynova evdə olmayan zaman törədilib. Naməlum şəxslər peşəkarlıqla mənzilin qapısını açaraq içəri daxil olub və əməllərini həyata keçiriblər.