Bakının mərkəzidə işıqforlar gecə işləmir - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Ərazidə yerləşən 4 işıqfordan həqiqətən heç biri fəaliyyət göstərmir.

Gecə saatlarında paytaxtın Xətai rayonunda, Nobel prospektilə Zığ şossesinin kəsişməsində işıqforlar işləmir.

ANS TV-nin məlumatına görə, buna görə də yolda hərəkət edən avtomobillər bir-birinin hərəkətinə mane olurdu. Hətta avtomaşınları idarə edən sürücülər qəza şəraiti yaratmaqdan belə çəkinmirdilər. Sürücülərin dediyinə görə, artıq üç gündür ki, burada yerləşən işıqforlar gecə saatlarında işləmir.

Məlumunuz olsun ki, sözügedən ərazidə yerləşən 4 işıqfordan həqiqətən heç biri fəaliyyət göstərmir.

İşıqforun bir neçə gün işləməməsi və bizim gəlişimizlə əlaqədar fəaliyyət göstərməyi təəccüb doğurdu. Əgər yol hərəkətini tənzimləyən bu işıqforlar işləməsəydi, həqiqətən, sözügedən ərazidə bədbəxt hadisə, baş verməsi gözlənilən idi. Çünki yüksək sürətlə şütüyən maşınlar, hətta piyadanın belə yol keçməsinə imkan vermirdi.

Videonu izləmək üçün şəklə klikləyin: