Bakının altından əcaib səslər gəlir - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Bakının mərkəzində gülməli mənzərə yaranıb. Gah işləyən, gah da işləməyən keçidlərdə daha bir problem ortaya çıxıb.

Badamdar şossesi və Parlament prospekti kimi əsas yolların piyada keçidində yaranan gülməli mənzərə gecələr əhalini yuxusuna haram qatır.

Orada yaşayan sakinlər Milli.Az bildirirlər ki, 20 saylı məktəb və əks istiqamətə keçmək üçün olan yeraltı keçid işlək olsa da, yağı qurtardığından eskalatorun mexanizmindəki diyircəkli yastıqlar tükürpədici səs çıxarır və gecə insanların istirahətinə mane olur. Onlar xarab olan eskalatorun hətta videosunu çəkərək redaksiyaya göndəriblər.

Məsələ ilə bağlı "Azəryolservis"in mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. Pünhan Mürsəliyev açıqlamasında əraziyə baş çəkib problemi aradan qaldıracaqlarını söylədi.

"Hazırda şəhərdən kənardayam, bir neçə günə qayıdacam. Bakıda olan əməkdaşlara xəbər edərəm həmin əraziyə baxış keçirərlər.

Əgər, həqiqətən, orada olan keçidlərdən hər hansısa nasazlıq olarsa, həmin problemlər dərhal aradan qaldırılacaq" - Pünhan Mürsəliyev bildirib.

Videonu izləmək üçün şəklə klikləyin:

фото