Bakı-Qazax yolunda iki yük maşını toqquşdu - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakı-Qazax avtomagistralının 464-cü kilometrliyində Ağstafa rayon, Aşağı Göycəli kəndi ərazisində iri yük avtomobillərin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qazax rayon, Kosalar kənd sakini 43 yaşlı Binnət Əhmədov idarə etdiyi "Man" markalı avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirmədiyindən qarşıdan gələn Türkiyə vətəndaşı Tuncaz Ayazın idarə etdiyi "Tır"la toqquşub.

Nəticədə "Man" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla Bağlı BDYP-nın İstinaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Böyütmək üçün şəkillərə klikləyin.