Azərbaycanda nazirliyin adından böyük dələduzluq Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, bu gün "qafqazinfo"ya bir neçə nəfər DİN-ə məxsus olduğu deyilən şirkətlə bağlı şikayət edib.

Şikayətdə bildirilir ki, "Daxili İşlər Nazirliyinin nəzdində "Qala" Beynəlxalq Təhlükəsizlik Xidməti" adlı firma onlardan 2 min manat alaraq işə düzələcəkləri barədə söz verib.

İşin qrafiki isə belədir: həftədə iki dəfə işə getməklə 750-1000 manat maaş.

Lakin şirkət sonda təklif etdiyi məbləği verməkdən imtina edib.

Şikayətçilər dələduzluqla məşğul olan firmanın "Nəsimi" metrosunun yaxınlığında olduğunu və hər gün oraya bir çox vətəndaşın iş üçün müraciət etdiklərini bildiriblər.

"Qafqazinfo" məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin münasibətini də öyrənib. DİN-dən verilən məlumata görə, sözügedən şirkətin Daxili İşlər Nazirliyi ilə heç bir bağlılığı yoxdur: "Onlar fırıldaqçılıqla məşğuldur".

DİN vətəndaşları diqqətli olmağa, belə şirkətlərin toruna düşməməyə çağırıb.