Bakıda parkda kişi can verdi Day.Az представляет новость на азербайджанском языке.

Puşkin parkında ölüm hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Bakının Səbail rayonu ərazisində yaşlı kişi meyidi tapılıb. Bu barədə anspress-in "qaynar xətti"nə məlumat verilib. Verilən məlumata görə, yaşlı bir kişi parkda gedərkən qəfil yıxılıb. Onun öldüyü bildirilir.

Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsindən verilən məlumata görə, hadisə Üzeyir Hacıbəyov küçəsində, Puşkin parkında baş verib. Parkdan yaşı təxminən 60-70 arasında olan bir kişi meyiti tapılıb.

Hadisə barədə məlumat daxil olan kimi əraziya polis və prokurorluq əməkdaşları cəlb olunub. Hazırda ölən şəxsin kimliyi və ölümün səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.