Bakıda təhlükə sakinləri ağlagəlməz addıma məcbur etdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda biganəlik sakinləri qəribə üsula əl atmağa vadar edib. Yasamal rayonunda sakinlərin təhlükənin qarşısını almaq üçün atdıqları addım görənlərdə gülüşlə yanaşı, təəccüb də doğurur.

Ayna Sultanova küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində hündür ağacın üzərində maraqlı yazı var. Həmin yazını sakinlər yazıb və altından imza da atıblar.

Sakinlər Milli.Az-ın əməkdaşı ilə söhbətdə bildirdillər ki, bir neçə gün əvvəl güclü külək hündür ağacda aşma təhlükəsi yaradıb. Ağacın kəsilməsi üçün müxtəli qurumlara şikayət etsələr də, tədbir görülmür. Əlacsız qalıb ağacın üzərinə böyük kağız parçası yapışdırıblar və üzərinə "təhlükəli ağac" yazıblar. Bütün sakinlər də həmin yazının altından imza atıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a bildirdi ki, sakinlər aşma təhlükəsi olan ağacla bağlı nazirliyin ekspertiza idarəsinə, eyni zamanda 168 qaynar xətt nömrəsinə zəng edib məlumat verməlidir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı lazımi qurumu məlumatlandıracaq. Həmin ağaca baxış keçirəndən sonra onun kəsilməsi və ya budanması barədə qərar veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirildi ki, 2011-ci ildən etibarən qurumun Dövlət Ekspertiza İdarəsi Bakı şəhəri daxilində, park və xiyabanlarda yaşı ötmüş, hündürlüyü 10-12 metrdən yuxarı olan, həmçinin gövdəsi əyilmiş, çürümüş, qəzalı durumda olan qovaq cinsli ağacların təhlükəsiz səviyyədə, 5-6 mert hündürlükdən budanmasına icazə verib. Buna baxmayaraq, ETSN-in əməkdaşları Yasamal rayonu ərazisindəki təhlükəli ağac olan ünvanda olub və 4 təhlükəli ağac aşkar ediblər. Bu ağacların budanması üçün Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə məktub göndərilib. 

Böyütmək üçün şəkillərə klikləyin: