Xaçmaz sakini bədbəxt hadisə nəticəsində ölüb Day.Az представляет новость на азербайджанском языке.

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az RTV-yə istinadən bildirir ki, rayonun Çığatay kənd sakini, 1964-cü il təvəllüdlü Aslanov Vahab Oruc oğlu elektrik dirəyindən yıxılıb. Ağır kəllə-beyin travması alan V.Aslanov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.