Masallı sakini ailəsi ilə meşədə yaşayır - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Masallı rayon Lürən kənd sakini Şükürov Abdulla Rahid oğlu ailəsi ilə birgə meşədə yaşayır.

"Qafqazinfo" cənubnews.com saytına istinadən xəbər verir ki, uzun illərdir kirayədə yaşayan kənd sakini bu addımı atmağa məcbur olduğunu bildirib.

O qeyd edib ki, ailəsinə məxsus olan torpağı başqalarının adına saxtalaşdırıblar: "Həmin şəxslər mənim yaxın qohumlarımdır. Onlar icra orqanı, bələdiyyə ilə işləyirlər. Öz adıma olan 6 sot torpağı da bələdiyyəyə satdırıblar. Bununla bağlı 2008-ci ildən etibarən aidiyyatı qurumlara müraciət etmişəm, Heç kəs mənimlə maraqlanmır. Ailə üzvlərimi iynə ilə vurub öldürüblər. Ailədə tək qalmışam. Özümə də 2011-ci ildə sui- qəsd ediblər".

Böyütmək üçün şəkillərə klikləyin: