Virus Zərdaba da çatdı Day.Az представляет новость на азербайджанском языке.

Zərdabda 3 heyvan virusdan ölüb.

Milli.Az EL TV-yə istinadən bildirir ki, Mərkəzi Aran bölgəsində iribuynuzlu heyvanlar arasında yayılan virus xəstəliyi Zərdab rayonuna da ziyan vurub. Rayonun 42 kəndindən 6-da indiyədək 60 iribuynuzlu heyvanda "Nodulyar dermatit" virusuna rast gəlinib. Həmin heyvanlardan 3-ü tələf olub, 37-si sağalıb, 20-si müalicə olunur. Rayon Baytarlıq İdarəsinin rəisi Mənsim Pənahov bildirib ki, xəstəliyin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilir. Rayonda ət kəsimi xüsusilə nəzarətə götürülüb. Satışa çıxarılan bütün heyvanlar yoxlamadan keçirilir. Təsərrüfatlar dezinfeksiya olunur.

Xatırladaq ki, Zərdab rayonunda 53 min iribuynuzlu, 204 min xirdabuynuzlu heyvan var.