Azərbaycanlı vizajist avtomobil qəzasına düşdü Day.Az представляет новость на азербайджснком языке.


Azərbaycanın tanınmış stilist-vizajisti Vəfa İbrahimzadə avtomobil qəzasına düşüb.

Milli.Az xəbər verir ki, vizajistin avropa.info-ya verdiyi məlumata görə, hadisə aeroport yolunda baş verib. Vizajist bildirib ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfildən təkəri partlayıb. Bundan sonra avtomobil aşıb. Qəza nəticəsində V.İbrahimzadə ciddi bədən xəsarəti alıb.

V.İbrahimzadə deyib ki, avtomobildə onun ailə üzvləri də olublar. Qəzada vizajistin qızının daxili orqanları zədələnib və əməliyyat olunub.

V.İbrahimzadə deyib ki, hal-hazırda qızının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Vəfa İbrahimzadə Avroviziya beynəlxalq mahnı müsabiqəsində stilist-vizajist kimi iştirak edib.