Yevlaxda ev yanıb Day.Az представляет новость на азербайджанском языке.

Yevlax rayonunun Nəmərli kəndində, Kəlbəcər rayon sakini Zülfinaz Paşayevaya məxsus ümumi sahəsi 63 kvadratmetr olan 1 mərtəbəli 2 otaqlı ev yanıb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Yanğın zamanı evin tavanı və döşəməsi yanıb. Evin içərisindəki televizor, soyuducu, mebel və digər əşyalar yararsız hala düşüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Regional Mərkəzinin 4 maşını cəlb edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.