Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB Day.Az представляет новость на азербайджанском языке.

-----------
19:24

Nailə Rzaquliyeva APA-ya açıqlamasında bildirib ki, o, öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxmasında heç bir problemin olmadığını deyən N.Rzaquliyeva qeyd edib ki, bunu əvvəldən planlaşdırıb: "Yarım aya yaxındır məzuniyyətə çıxmışdım. Sonradan da məzuniyyətdən təqaüdə çıxmışam. Yəqin bundan sonra heç bir işdə fəaliyyətimi davam etdirməyəcəyəm".

Sabiq idarə rəisi qeyd edib ki, ona başqa vəzifələrdə çalışmaq təklif olunub: "Amma özüm istəmirəm, yorulmuşam artıq, dincəlmək istəyirəm".

Qeyd edək ki, N.Rzaquliyevanın vəzifəsindən azad olunması barədə ilk xəbəri aznews.az saytı yayıb.

----------
18:38

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva tutduğu vəzifəsindən azad edilib.

Aznews.az-ın məlumatına görə, bu barədə əmri təhsil naziri Mikayıl Cabbarov bir neçə gün əvvəl imzalayıb.

Məlumatda o da qeyd olunub ki, N.Rzaquliyeva işdən azad edilməsi ilə bağlı əmr verilməmişdən bir ay əvvəl məzuniyyətə göndərilib.

Məsələ ilə bağlı əməkdaşımız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətin rəhbəri Arzu Tairquliyeva əməkdaşımızla söhbətində məlumatı təkzib etməyib: "Bu haqda məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətindən öyrənməyiniz məsləhətdir".

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrilə iş sektorunun müdiri Cəsarət Valehovla isə əlaqə saxlamaq mümkün olmayıb.