Azərbaycan dəmiryolu nəqliyyatında yenililklər olacaq - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, dəmir yollarında infrastrukturun inkişaf etdirilməsi üçün təmir işləri ilə yanaşı yeni layihələrin tətbiq olunması da həyata keçirilir. İnkişaf proqramı çərçivəsində yol, enerji təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması, yeni lokomotivlərin alınması, beynəlxalq maliyyə-hesablama sisteminin tətbiq edilməsi də nəzərdə tutulur. Enerji təchizatının inkişafı üçün sabit cərəyan dəyişən cərəyanla əvəz olunacaq ki, bu da enerjiyə qənaət etməyə imkan verəcək.

"Azərbaycan Dəmiryol" YQSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov: "Artıq bütün dünyada bu sistemlə işləyirlər. Biz gələcəkdə dəyişən cərəyanla işləyən lokomativlərin gətirilməsini planlaşdırırıq. Bütün yollarda bu sistemə keçməliyik".
 

İşarəvermə və rabitə təsərrüfatlarının yenidənqurulması çərçivəsində isə işarələr avtomatlaşdırılacaq. Bu layihənin icrası Böyük Kəsikdən başlayaraq Bakı istiqamətində davam etdirilir. İşarələrin avtomatlaşdırılması nəticəsində yarana biləcək təhlükələr minimuma enəcək. Bundan əlavə vaxt itkisinin də qarşısı alınacaq.

Görülən işlərdən sonra dəmiryollarını, eləcə də bütün qatarları bir mərkəzdən idarə etmək mümkün olacaq.

Nadir Əzməmmədov: "Bakıda bir dispeçer pultundan idarətmə sisteminə keçəcəyik. Yəni qatar yolda hərəkət edərkən adi, məsələn, təkər cütlərinin qızmasını Bakıda oturan dispeçer biləcək. Yəni bu idarəetmə daha sadə, daha səmərəli və daha dəqiq sistem olacaq".
 

Bütün bu işlər Azərbaycan üzərindən yük və sərnişin daşınmasının daha sürətli və keyfiyyətli həyata keçirilməsinə imkan verəcək. İşlərin əsas hissəsinin bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulub.


Videonu izləmək üçün şəkilə klikləyin: