Zaqatala Dövlət Qoruğunun ərazisində yanğın olub Day.Az представляет новость на азербайджанском языке.

Zaqatala Dövlət Qoruğunun Balakən rayonunun Gərəkli kəndi ərazisində, 6 saylı dolayında yanğın hadisəsi baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, yanğının qarşısının alınması üçün dərhal FHN-in Yanğından Mühafizə İdarəsinin 2 maşını və 12 nəfər əməkdaşı əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq söndürülüb. Yanğın nəticəsində 20 kv.m ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Yanğınların səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.