65 yaşlı azərbaycanlı 40 gün dayanmadan velosiped sürüb Day.Az представляет новость на азербайджанском языке.

Mingəçevir sakini Abid İsmayılov düz 40 gündür ki, dayanmadan özünün də dediyi kimi "dəmir at"ı ilə yol gedir.

Milli.Az EL TV-yə istinadən bildirir ki, bu, 65 yaşlı Abid İsmayılovun ilk səyahətidir. O, ilk səyahətini qardaş Türkiyəyə edib.

Səyahətini başa vuran Abid İsmayılovu Mingəçevir şəhərinin giriş qapısında yaxın dostları qarşılayıblar.

O, uzun müddət Mingəçevir məktəblərinin birində riyaziyyat müəllimi işləyib. Hazırda təqaüddə olan Abid İsmayılov deyir ki, bu səyahətə düz bir il hazırlaşıb:

"Qarşıma məqsəd qoydum ki, mən bu "dəmir at"la Türkiyəyə kimi gedəcəyəm və mən öz niyyətimə çatdım. Arzu edirəm ki, hər bir yoldaş da niyyətinə çatsın. Məqsədim odur ki, veloturizmi, velo idmanı təbliğ edim".

Səyahət etdiyi 40 gün ərzində o, Gürcüstanın bir neçə şəhərini də ziyarət edib. Olduğu yerlərdə çox isti münasibət gördüyünü deyir. Abid İsmayılov onu da qeyd edir ki, velosəyahət onun sağlamlığına və səhhətinin möhkəmlənməsinə müsbət təsir edib. O, gələcəkdə də bu cür səyahətlər edəcəyini bildirib.