Bakıda "xozeyn"in son gülüşü - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке.

12:17

Artıq gülüş və təbəssüm də ölüm gətirir. Bakıda gənc oğlan özündən 15 yaş böyük adamı öldürməsinə gülünc don geydirb.

Binəqədi rayonunda qətl törədən S.Eynalov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, bir il əvvəl qətlə yetirdiyi Nizami Quliyevin evində kirayə qalıb. Həmin vaxt Nizami ilə mübahisəsi olub və onu evindən çıxarıb. Dünən Nizaminin qonşuluğunda yaşayan qaynı evinə gedib. Təsadüfən küçədə Nizami ilə rastlaşıb. Nizami onu görərkən gülüb. Bu isə onun xoşuna gəlməyib. Şadlıq sarayının arxasına apararaq döş və ürəyinə iki bıçaq zərbəsi vuraraq çıxıb gedib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

---------
10:35

Bakıda gənc oğlan əlini insan qanına batırıb.

Binəqədi rayonunda yerləşən şadlıq sarayının arxasında adam öldürülüb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən saat 19 radələrində Xocahəsən qəsəbəsindəki "Sahil" şadlıq sarayının arxasında Buzovna sakini 30 yaşlı Samir Eynalov 45 yaşlı Nizami Quliyevi bıçaqla öldürüb. S.Eynalov artıq tutulub. Qətlin motivi barədə məlumat veriləcək.