Quba sakini bıçaqlanıb
Day.Az представляет новость на азербайджанском языке.

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az RTV-yə istinadən bildirir ki, 1977-ci il təvəllüdlü, Quba rayonu, Adur kənd sakini Muradov Lazım Mirələm oğlu çoxsaylı bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, L.Məmmədovu bıçaqlayan şəxs və ya şəxslərin tapılıb istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.