Sərxoş sürücü maşını divara çırpdı Day.Az представляет новость на азербайджанском языке.

Ötən gün Gəncədə 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Kəpəz Tv-yə istinadən bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi ərazisində qeydə alınıb.

Kəlbəcər rayonunda qeydiyyatda olan, hazırda Gəncə şəhərində yaşayan 42 yaşlı Çingiz Cabbarav idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında olan beton maneəyə çırpılıb. Qəza nəticəsində ciddi bədən xəsarətləri alan zərərçəkmiş ətrafdakı insanların köməkliyi ilə dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Çingiz Cabbarov avtomobili idarə edən zaman sərxoş olub və sərnişini olmayıb. Araşdırma aparılır.